...

Bakı Metropoliteni informasiya köşklərinin quraşdırılmasına başlayıb

Telekommunikasiya Materials 4 Mart 2010 14:03 (UTC +04:00)
Bakı Metropoliteni metro stansiyalarında informasiya köşklərinin quraşdırılmasına başlayıb. Bu barədə Trend Capital-a Bakı Metropolitenindən məlumat verilib.

Azərbaycan, Bakı, 4 mart / Trend , müxbir H.Vəliyev/

Bakı Metropoliteni metro stansiyalarında informasiya köşklərinin quraşdırılmasına başlayıb. Bu barədə Trend -a Bakı Metropolitenindən məlumat verilib.

Quraşdırılan köşklər sərnişinlər üçün əlavə servisdir. Hazırda bütün stansiyalarda informasiya terminalları quraşdırılıb ki, bu da Bakı Metropoliteninə sərnişinlərə informasiya xidmətinin yaxşılaşdırılmasına, sorğu xidmətlərinin göstərilməsinə imkan yaradır. Köşkün informasiya bazasına Bakı metropoliteninin stansiyaları üzrə elektron "bələdçi" quraşdırlıb. Onun sensor interfeysi maraqlandıran məlumata toxunmaq prinsipinə əsaslanıb.

Sistemin multimediya səslə müşayiət olunması Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti