...

Azərbaycana daxil olan trafikin həcmi 118,6 milyon dəqiqə artıb

Telekommunikasiya Materials 11 Mart 2010 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir H.Vəliyev/

2009-cu ildə ölkəyə daxil olan trafikin həcmi 2008-ci illə müqaisədə 118,6 milyon dəqiqə artaraq, 634 milyon dəqiqə təşkil edib. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-cu ilin yekunlarına dair hazırladığı hesabatda deyilir.

Nazirliyin məlumatına görə, göndərilən trafikin həcmi 6,2 milyon dəqiqə artaraq, 161,2 milyon dəqiqə təşkil edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hesablama Mərkəzi ilə "Optik Rabitə Tikintiquraşdırma" şirkətinin imzaladığı müqaviləyə əsasən, beynəlxalq rabitə xətlərinin stabilliyi və optik rabitə xətlərinin ötürücülük qabiliyyətinin artırılmasını təmin etmək üçün Siyəzən - Dəvəç i - Quba - Samur istiqamətində teloptik xətt magistralının çəkilməsi üzrə işlər aparılır. Hazırda işlər başa çatmaq üzrədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti