...

Azərbaycanda ilk dəfə olaraq İqtisadi İnkişaf Nazirliyinin korporativ informasiya sistemində elektron imzanın istifadəsinə başlanılıb

Telekommunikasiya Materials 17 Mart 2010 14:59 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) istifadə etdiyi Microsoft Korporasiyasının proqram təminatını tamamilə lisenziyalaşdırıb. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda bildirilir.
Azərbaycanda ilk dəfə olaraq İqtisadi İnkişaf Nazirliyinin korporativ informasiya sistemində elektron imzanın istifadəsinə başlanılıb

Azərbaycan, Bakı, 17 mart / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) istifadə etdiyi Microsoft Korporasiyasının proqram təminatını tamamilə lisenziyalaşdırıb. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda bildirilir.

"Bu cür lisenziyalaşdırmanın əsas üstünlüyü ondan ibarətdir ki, mövcud razılıq sifarişçinin vəsaitlərinə qənaət etməyə, ödənişləri müqavilənin imzalandığı gündən 3 il müddətində həyata keçirməyə, istifadəçilərin dəstəklənməsi və tədris xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir", - məlumatda deyilir.

İİN və Microsoft arasında imzalanmış Enterprise Agreement müqaviləsinə uyğun olaraq, sifarişçi Software Assurance funksionalından istifadə etməklə yanaşı, müqavilənin qüvvədə olduğu müddətdə Microsoft məhsullarının ən yeni versiyalarından da istifadə edə bilər.

Layihənin reallaşması İİN-in Microsoft-un tərəfdaşı olan "Ultra" Azərbaycan şirkəti, həmçinin korporasiyanın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığı nəticəsində mümkün olub.

Müqavilədə nəzərdə tutulan tədbirlər nazirliyin elektron idarəetmə sisteminin tətbiqi çərçivəsində həyata keçirilir. Bu sistemə elektron sənəd dövriyyəsi, kadrların idarə olunması, maliyyə və təminat, dövlət investisiyalarının idarə edilməsi və digər funksional alt sistemlər daxildir.

Layihənin reallaşması ilə Azərbaycanda ilk dəfə olaraq nazirliyin korporativ informasiya sistemində elektron imzanın istifadəsinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti