...

Azərbaycan Rabitə Nazirliyi respublika ərazisində telekanalların əhatə zonasını genişləndirir

Telekommunikasiya Materials 19 Mart 2010 11:51 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Teleradio İstehsalat Birliyi Azərbaycan televiziyasının (AzTV) proqramlarının yayım keyfiyyətinin artırılması məqsədilə Quba, Ağstafa, Ağsu və Naxçıvan Muxtar Respublikası ərazisində 3 kvt gücündə translyator istismara verib. Bu barədə RTİN-in məlumatında bildirilir.

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Teleradio İstehsalat Birliyi Azərbaycan televiziyasının (AzTV) proqramlarının yayım keyfiyyətinin artırılması məqsədilə Quba, Ağstafa, Ağsu və Naxçıvan Muxtar Respublikası ərazisində 3 kvt gücündə translyator istismara verib. Bu barədə RTİN-in məlumatında bildirilir.

Televiziya yayımının əhatə zonasının genişləndirilməsində "Vigintos Elektronika" və "Elektronika" şirkətlərinin qabaqcıl avadanlıqlarından istifadə olunur.

Şirkətlərin avadanlıq xəttində həm müxtəlif gücə malik analoji qurğular, həm də Azərbaycanda rəqəmsal yayıma keçidin həyata keçirilməsinə imkan verən "digital ready" avadanlığı var.
Azərbaycanda rəqamsal teleyayımın inkişafı nazirliyin qarşısına qoyulmuş prioritet vəzifələrdən biridir. Nazirlik yaxın vaxtlarda bütün respublika boyunca rəqəmsal yayımı həyata keçirmək niyyətindədir. Azərbaycanda rəqəmsal TV-yə keçid müvafiq standartın saxlanılması ilə analoji siqnalın rəqəmsal ilə dəyişdirilməsini nəzərdə tutur. ITU (International Telecommunication Union) bütün ölkələrə 2015-ci ilədək rəqəmsal televiziyaya keçməyi həvalə edib. Azərbaycan Nazirlər Kabinetinə təqdim edilən tədbirlər planına əsasən, 2012-ci ildə Azərbaycanda rəqəmsal televiziyaya tam keçilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti