...

Azercell "Socrates" fəxri mükafatına layiq görülüb

Telekommunikasiya Materials 19 Mart 2010 18:55 (UTC +04:00)
"Azercell Telekom" MMC telekommunikasiya sahəsində "Ən qabaqcıl telekommunikasiya şirkəti" adına layiq görülüb. Nüfuzlu "Socrates" mükafatı Avropa Biznes Assambleyası (EBA, Böyük Britaniya) liderlərinin Oksford sammitində şirkətin prezidenti Əli Ağana təqdim olunub.
Azercell "Socrates" fəxri mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 19 mart / Trend /

"Azercell Telekom" MMC telekommunikasiya sahəsində "Ən qabaqcıl telekommunikasiya şirkəti" adına layiq görülüb. Nüfuzlu "Socrates" mükafatı Avropa Biznes Assambleyası (EBA, Böyük Britaniya) liderlərinin Oksford sammitində şirkətin prezidenti Əli Ağana təqdim olunub. Bundan əlavə, şirkətin prezidenti Əli Ağan "İlin meneceri" medalı ilə təltif olunub. 22 ölkənin iştirak etdiyi mötəbər tədbir martın 14-17-də Oksford şəhərində baş tutub.

EBA-nın analitik departamentinin apardığı araşdırma nəticəsində "Ən yaxşı biznes qurumu" adının "Azercell Telekom" MMC-yə təqdim olunması qərara alınıb. Araşdırma zamanı assambleyanın Rusiya, Belçika, Almaniya, Çexiya, Avstriya, İsveçrə və digər ölkələrdən olan tərəfdaş təşkilatlarının rəyi nəzərə alınıb.

Mükafat sahiblərinin adları müəyyənləşdirilərkən şirkətin fəaliyyəti haqqında müxtəlif göstəricilər - satış həcmi, son 5 ildə satışın artım qrafiki, müəssisənin istehsal gücü, marketinq siyasəti, yeni iş yerlərinin yaradılması, yeni texnologiyaların tətbiqi, yeni idarəçilik formalarının tətbiqi və s. kimi vacib amillər diqqətə alınıb.

Avropa Biznes Assambleyası sosial tərəfdaşlıq üzrə beynəlxalq korporasiyadır. Müstəqil qurum olan EBA-nın əsas məqsədi şirkətlər üçün imic-layihələrin hazırlanması, postsovet ölkələrində iqtisadi və demokratik islahat proqramlarının dəstəklənməsi, onların Avropa İttifaqındakı nüfuzunu yüksəltməkdən ibarətdir. Assambleya öz məqsədlərini reallaşdırmaq üçün müəssisələr, ictimai təşkilatlar və biznes sahəsindəki liderlərə, istedadlı şəxsiyyətlərə yardım göstərir, Avropada inteqrasiyaya və sosial inkişafa aparan biznes qurumlarının nailiyyətlərini qiymətləndirir.

"Ən qabaqcıl telekommunikasiya şirkəti" mükafatı qızılı heykəlcik, sertifikat və diplomdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti