...

Azərbaycanın Rabitə Nazirliyi "Uğur" milli mükafatına layiq görülüb

Telekommunikasiya Materials 22 Mart 2010 11:48 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT sektorunun inkişafına dövlət dəstəyinə görə "Uğur" milli mükafatına layiq görülüb.
Azərbaycanın Rabitə Nazirliyi "Uğur" milli mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 22 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT sektorunun inkişafına dövlət dəstəyinə görə "Uğur" milli mükafatına layiq görülüb. Bu barədə mükafatın təşkilat komitəsinin məlumatında deyilir.

2009-cu ilin yekunları üzrə mükafatın laureatları ötən cümə günü "Gülüstan" sarayında təltif olunub. Laureatlar arasında şirkətlər və dövlət müəssisələri ilə yanaşı, diplomatlar, ictimai xadimlər və müntəzəm olaraq öz fəaliyyətlərində innovasiyaları tətbiq edən nazirliklər də olub.

Təşkilat komitəsinin sədri İbrahim Baharovun sözlərinə görə, öz uğurlu fəaliyyəti və nailiyyətləri ilə laureatlar bir daha sübut etdilər ki, dünya iqtisadiyyatı üçün çox çətin il olan 2009-cu il Azərbaycan biznesinə çox az təsir edib.

İnformasiya texnologiyaları sahəsində və fəaliyyətlərində innovasiyaları tətbiq edən "Uğur 2009" mükafatının laureatları, həmçinin Azərbaycan Vergilər Nazirliyi, Azərbaycanın mobil rabitə operatorları "Azerfon-Vodafone"Bakcell, dövlət operatorları AztelekomCaspian NavTel olublar.

"Uğur" mükafatı 2000-ci ildə "Consulting&Business" jurnalı tərəfindən təsis edilib və hər il Azərbaycan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfəsini verən biznesmenlərə və şirkətlərə təqdim olunur.

Xəbər lenti

Xəbər lenti