...

Azərbaycan şəbəkə iqtisadiyyatı və infrastrukturun inkişafı üzrə MDB ölkələri arasında birinci yeri tutub

Telekommunikasiya Materials 29 Mart 2010 12:24 (UTC +04:00)
Azərbaycan Ümumdünya İqtisadi Forumunun "Qlobal informasiya texnologiyaları 2009-2010" adlı hesabatında şəbəkə iqtisadiyyatı və infrastrukturun təhlili üzrə 64-cü yeri tutub. Bu barədə ÜİF-in ötən həftə dərc olunmuş hesabatında bildirilir.
Azərbaycan şəbəkə iqtisadiyyatı və infrastrukturun inkişafı üzrə MDB ölkələri arasında birinci yeri tutub

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Ümumdünya İqtisadi Forumunun "Qlobal informasiya texnologiyaları 2009-2010" adlı hesabatında şəbəkə iqtisadiyyatı və infrastrukturun təhlili üzrə 64-cü yeri tutub. Bu barədə ÜİF-in ötən həftə dərc olunmuş hesabatında bildirilir.

Hesabata görə, Azərbaycan MDB ölkələri arasında şəbəkə texnologiyalarının inkişafı üzrə lider sayılır. Ölkə Qazaxıstanı - 68-ci yer, Rusiya - 80, Ukrayna - 82, Gürcüstan - 93, Ermənistan -101, Tacikistan -109, Qırğızıstan - 123-cü yer geridə qoyub. Belarus reytinqə düşməyib.

Postsovet məkanı ölkələri arasında Estoniya 25-ci, Litva 41-ci, Latviya 52-ci yeri tutub.

İlk onluğa İsveç, Sinqapur, Danimarka, İsveçrə, ABŞ, Norveç, Finlandiya, Kanada, Honkonq, NiderlandNorveç daxildir.

İsrailin informasiya resursları şəbəkəsi ilə təchizatı reytinqdə 28-ci yer ilə (MalayziyaBəhreyn arasında) qiymətləndirilib. Əhalinin sayı və İT-nin dinamik inkişafı üzrə nəhənglər - Çin Hindistan müvafiq olaraq 37 və 43-cü yerləri tutublar. Reytinqdə sonuncu yeri Çad tutub.

İnformasiya texnologiyalarının inkişaf səviyyəsi üç meyar üzrə qiymətləndirilib: əhali, biznes və hakimiyyət informasiya texnologiyalarının yaratdığı imkanlardan necə istifadə etməyə hazırdır və ya artıq istifadə edir.

İllik məruzə 133 ölkənin şəbəkə iqtisadiyyatının və infrastrukturunun təhlilini ehtiva edir. Təhlilin əsas meyarları hər ölkədə istifadəçinin internetə çıxışı və şəbəkənin buraxılış qabliyyətidir.

Xəbər lenti

Xəbər lenti