...

Azərbaycanın dövlət operatoru regional ATS-lərdə NGN avadanlıqlarının təchizatı üzrə tenderin müddətini uzadıb

Telekommunikasiya Materials 30 Mart 2010 11:33 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi regional ATS-lərin NGN (Next Generation Network) texnologiyası bazasında yenidən qurulması üzrə tenderin müddətini uzadıb. Bu barədə tender komissiyasının məlumatında bildirilir.

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi regional ATS-lərin NGN (Next Generation Network) texnologiyası bazasında yenidən qurulması üzrə tenderin müddətini uzadıb. Bu barədə tender komissiyasının məlumatında bildirilir.

Tender komissiyasının qərarına görə, Salyan Telekommunikasiya Qovşağının (TKQ) mərkəzi ATS-in telekommunikasiya avadanlıqları ilə təchizatı üçün tender təkliflərinin qəbul müddəti 15 aprel saat 17:00-a kimi uzadılıb. İştirakçıların təkliflərinin açılması aprelin 16-da Salyan TKQ-nin binasında olacaq.

Kürdəmir TKQ mərkəzi ATS-nin yenidən qurulması üzrə tenderin müddəti aprelin 22-dək uzadılıb. Təkliflərin açılması aprelin 23-də saat 17:00-da Kürdəmir TKQ-nin binasında olacaq.

Tenderdə iştirakın dəyəri 1500 manat təşkil edir.

NGN-in tətbiqi prioritet vəzifələrdən biridir. Onun köməyi ilə operator uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının saxlanılmasına nail olmaq niyyətindədir. Çevik kommutasiya sistemi və verilənlərin ötürmənin vahid şəklə salınmış texnologiyası avadanlığın geniş siyahı xidmətləri göstərməsinə və yeniləri əlavə etməsinə imkan yaradır. Bu, əhaliyə ənənəvi xidmət növləri ilə yanaşı, IP telefoniya, genişzolaqlı internet, IP-TV və digər xidmətlərin göstərilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti