...

Azerfon-Vodafone xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım göstərir

Telekommunikasiya Materials 31 Mart 2010 11:46 (UTC +04:00)
Yaz bayramları ərəfəsində Azerfon-Vodafone xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsinin təşkili məqsədilə xeyriyyə aksiyasına qoşulub.
Azerfon-Vodafone xüsusi  qayğıya ehtiyacı olan uşaqlara yardım göstərir

Azərbaycan, Bakı, 31 mart / Trend /

Yaz bayramları ərəfəsində Azerfon-Vodafone xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsinin təşkili məqsədilə xeyriyyə aksiyasına qoşulub.

Martın 21-də Milli Parkda "Yaz marafonu" adlı xeyriyyə aksiyası keçirilib. Tədbiri www.bakililar.az fəalları və Dənizkənarı Bulvar Administrasiyası təşkil edib. Aksiyada ölkənin ən innovasion mobil rabitə operatoru - Azerfon-Vodafone iştirak edib və öz operator xidmətlərini təqdim edib.

Martın 21-dən 29-na kimi Azerfon-Vodafone və NarMobile abonentlərinə aksiyada iştirak etmək və xüsusi qayğıya ehtiyacı olan uçaqlara yardım göstərmək üçün unikal imkanlar yaradılıb. Azerfon-Vodafone SMS göndərmək üçün 2010-cu il martın 21-dən 29-dək olan dövr üçün aktiv nömrəni təqdim edib.

Bununla yanaşı, xeyriyyə aksiyası zamanı Azerfon-Vodafone-dan VİP nömrə oynanılıb. Mobil hesaba 27 manat köçürülüb.

Qeyd edək ki, xeyriyyə SMS-dən və nömrə satışından toplanan vəsaitlər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsinin təşkilinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti