...

"Nokia" Azərbaycanın naviqasiya xəritəsini hazırlayır

Telekommunikasiya Materials 9 Aprel 2010 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

"Nokia" şirkətinin naviqasiya xidmətləri bölməsi olan NAVTEQ Azərbaycanın naviqasiya xəritəsinin hazırlanmasına dair işlər aparır. Bu barədə "Mobitel" şirkətindən Trend-ə bildirilib.

Hazırda Bakı şəhərinin və Azərbaycanın əsas magistral yollarının xəritəsinin hazırlanması üzrə işlər şirkət tərəfindən başa çatdırılıb.

NAVTEQ kartoqrafik həllər, avtomobil naviqasiya sistemləri, internet-kart, həmçinin, dövlət və biznes-sektorları üçün həllərin hazırlanması sahəsində liderlərdən biridir.

Bu gün "Nokia" şirkəti bütün "Nokia" smarfon istifadəçilərinə avtomobil və piyada naviqasiya xidmətlərini yeni "OVİ Xəritə" versiyaında pulsuz təqdim edir və onları şirkətin rəsmi saytından yükləmək olar.

"OVİ Xəritə" yeni versiyası piyada və avtomobil naviqasiyasının, 74 ölkə üçün 46 dildə addım-addım səsli müşahidə, 10-dan çox ölkə üçün hərəkətin vəziyyəti barədə məlumat və həmçinin 180-dan çox ölkənin təfərrüatlı xəritəsini özündə birləşdirir.

Martdan etibarən GPS qəbuledicisi olan yeni "Nokia" modelləri "OVİ Xəritə", regionun xəritəsi, həmçinin, pulsuz piyada və avtomobil naviqasiyası və "Lonely Planet və Michelin" kataloqu ilə təchiz edilmiş halda tədarük edilir.

Xəbər lenti

Xəbər lenti