...

Bakcell və Xalq Bank mobil rabitə üçün ödəniş xidmətləri tətbiq edir

Telekommunikasiya Materials 4 May 2010 19:29 (UTC +04:00)
Bakcell müştərilərinə "daha yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq, öz abunəçiləri üçün Xalq Bankın Azərbaycan üzrə bütün 13 filialında Bakcell-in xidmətlərinə görə ödəmə sistemi tətbiq edib.
Bakcell və Xalq Bank mobil rabitə üçün ödəniş xidmətləri tətbiq edir

Azərbaycan, Bakı, 4 may /Trend/

Bakcell müştərilərinə "daha yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq, öz abunəçiləri üçün Xalq Bankın Azərbaycan üzrə bütün 13 filialında Bakcell-in xidmətlərinə görə ödəmə sistemi tətbiq edib.

İndi Bakcell kontur kartlarından və onlayn ödənişdən əlavə, alternativ ödəmə üsulu də təklif edir. Bütün Cin, Klass və Gold abunəçiləri bankın filiallarına gedərək, nağd pulla öz hesablarını artıra bilərlər. Buna görə heç bir xidməthaqqı tutulmayacaq.

2009-cu ilin göstəricilərinə görə, Xalq Bank Azərbaycanın kredit-maliyyə qurumları arasında və bankın aktivlərinin həcminə görə 4-cü yeri tutub.

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyona çatıb.

Bakcell, həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

Xalq Bank filiallarında ödəniş xidməti, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə, Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti