...

Azərbaycanın dövlət rabitə operatoru Sumqayıt şəhərinin bir sıra ATS-lərində NGN texnologiyasına keçidlə bağlı işləri başa çatdırıb

Telekommunikasiya Materials 5 May 2010 13:39 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Sumqayıt şəhərinin bir sıra ATS-lərində NGN (Next Generation Network) texnologiyasına keçidlə bağlı işləri başa çatdırıb. Bu barədə Trend-ə nazirlikdən bildiriblər.

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Q.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Sumqayıt şəhərinin bir sıra ATS-lərində NGN (Next Generation Network) texnologiyasına keçidlə bağlı işləri başa çatdırıb. Bu barədə Trend-ə nazirlikdən bildiriblər.

Yenidənqurma işləri 656"/"657"/"654"/"655"/"652"/"658"/"653" ATS-lərdə həyata keçirilib.

İdarənin məlumatına görə, NGN texnologiyasına keçidlə bağlı Sumqayıtın telekommunikasiya şəbəkəsi üzrə avtromatlaşdırılmış telefon stansiyalarının nömrə tutumu 39232 nömrə artırılacaq. Bununla yanaşı, Sumqayıt TKŞ üzrə operator tərəfindən genişzolaqlı İnternetdən istifadə üçün telekommunikasiya avadanlıqları istismara veriləcək. Avadanlıqların qarşıdakı həftədə istismara veriləcəyi gözlənilir.

"Aztelekom" tərəfindən eləcə də Bərdə, Şəki və Tovuz rayonlarının bəzi kənd ATS-lərində avtomatlaşdırma işləri başa çatıb ki, bu da operator tutumunu 560 nomrə artırmağa imkan verir; genişzolaqlı istifadə xidmətləri təqdim etmək üçün portların sayı isə 90 ədəd olub.

Xəbər lenti

Xəbər lenti