...

"Azərkosmos" ASC-nin təsis edilməsi Azərbaycanın beynəlxalq kosmik bazara çıxması üçün təməl olacaq - Əli Abbasov

Telekommunikasiya Materials 6 May 2010 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Prezidenti İlham Əliyevin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeçiliyi altında "Azərkosmos" ASC-nin təsis olunması haqqında əmri Azərbaycanın beynəlxalq kosmik bazara çıxması üçün təməl olacaq. Bu sözləri cümə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Trend-ə deyib.

Onun sözlərinə görə, ASC-nin yaradılmasında iki məqsəd var. Bunlardan biri kosmik fəzanın dinc məqsədlərlə formalaşdırılması və istifadəsi üçün təməlin yaradılmasıdır. İkinci məqsəd isə kosmik fəzanın kommersiya məqsədləri üçün istifadəsidir.

Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan Nazirlər Kabinetinə iki ay ərzində ASC-nin nizamnaməsini və strukturunu təsdiqləmək, Azərbaycanın dövlət büdcəsi layihəsində növbəti illər üçün telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması üçün müvafiq vəsaitlərin planlaşdırılmasını təmin etmək, peyki yerdən idarəetmənin (onların qaytarılması şərtilə) əsas və köməkçi mərkəzlərini beynəlxalq tələblərə uyğun yaratmaq tapşırılıb.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səlahiyyətinə ASC-nin inkişaf istiqamətinin təyin olunması, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyət və qabaqcıl təcrübənin tədqiq olunması üçün şuranın yaradılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üzrə müvafiq tədbirlərin görülməsində və sözügedən sahənin inkişafına aid təkliflərin hazırlanmasında iştirak daxildir.

Vəsaitlərin qaytarılması məqsədilə müəssisəyə xüsusi yığım fondu yaratmaq və fondda gəlirin toplanmasını və Azərbaycanın dövlət büdcəsinə telekommunikasiya peykinin xidmətlərindən qazanılan vəsaitin qaytarılmasını təmin etmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti