...

Bakcell və Bank Standard mobil ödəmə xidmətlərini tətbiq edir

Telekommunikasiya Materials 6 May 2010 20:42 (UTC +04:00)
Bakcell müştərilərinə "daha yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq, öz abunəçiləri üçün 5-i regional olmaqla, Bank Standardın 18 filialında mobil ödəmə xidmətləri tətbiq edir.
Bakcell və Bank Standard mobil ödəmə xidmətlərini tətbiq edir

Azərbaycan, Bakı, 6 may /Trend/

Bakcell müştərilərinə "daha yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq, öz abunəçiləri üçün 5-i regional olmaqla, Bank Standardın 18 filialında mobil ödəmə xidmətləri tətbiq edir.

Artıq Bakcell-in bütün Cin, Klass və Gold abunəçiləri Bank Standardın istənilən filialında nəğd ödənişlə hesablarını artıra biləcəklər. Bunun üçün Bakcell abunəçilərinin sadəcə olaraq, bankın ofislərinə getməsi kifayətdir. Ödəməyə görə heç bir xidmət haqqı tutulmayacaq.

Bank Standard Azərbaycanın ən iri banklarından biridir və aktivlərinin həcminə görə maliyyə institutlarının reytinq siyahısında ikinci yeri tutur.  

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyona çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

Bank Standard filiallarında ödəmə xidmətləri, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti