...

"Azerspace" milli peykinin buraxılması üzrə müqavilə bir ay ərzində imzalanacaq – nazir müavini

Telekommunikasiya Materials 7 May 2010 14:00 (UTC +04:00)
"Azerspace" milli peykinin buraxılmasına dair müqavilə bir ay ərzində imzalanacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini İltimas Məmmədov cümə günü məlumat verib.
"Azerspace" milli peykinin buraxılması üzrə müqavilə bir ay ərzində imzalanacaq – nazir müavini

Azərbaycan, Bakı, 7 may /Trend/

"Azerspace" milli peykinin buraxılmasına dair müqavilə bir ay ərzində imzalanacaq. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini lltimas Məmmədov cümə günü məlumat verib.

Nazir müavininin sözlərinə görə, bu gün sənəd layihəsi həm yerli, həm də xarici mütəxəssislər tərəfindən baxılma mərhələsindədir. Əsas müqavilənin imzalanması Azərbaycan ərazisində baş tutacaq, orbital mövqenin icarəsi üzrə müqavilə isə neytral dövlətin ərazisində imzalanacaq.

Məmmədovun sözlərinə görə, bu gün ikinci müqavilə üzərində hazırlıq işləri aparılır və yaxın günlərdə konkret qərar qəbul ediləcək. Bu ayın sonunadək nazirlik həm əsas, həm də orbital mövqenin icarəsi üzrə müqaviləni imzalayacaq.

Malayziya qanunvericiliyinə görə, Azərbaycanın ilk peykini istehsalçısı ilə orbital mövqenin icarəsi üzrə müqavilənin imzalanması neytral dövlətdə həyata keçirilməlidir.

Xəbər verildiyi kimi, Malayziya peyk resurslarının 40 faizini almağa hazır olduğunu bildirib. Ümumilikdə, nazirlik beynəlxalq bazara "Azerspace"in resurslarının 80 faizini çıxarmaq, qalan 20 faizindən isə respublikadaxili səviyyədə istifadə etmək niyyətindədir.

Nazirin sözlərinə görə, bu gün Malayziya hökuməti müqavilənin imzalanması müddətinin bu ayın sonunadək uzadılması xahişi ilə müraciət edib. Bu məsələ istehsalçı şirkətlə razılaşdırılıb. Əgər bu, 2012-ci ilin iyununa təyin olunan ilk milli peykin buraxılmasının vaxtına təsir göstərməsə, Azərbaycan tərəfi tərəflərin şərtlərini qəbul etməyə hazırdır.

Xəbər verildiyi kimi, "Azerspace" peykinin tezlik mənimsəmələrinin və orbital mövqenin koordinasiyası üzrə məsələlər Qazaxıstan və Ukrayna tərəfləri ilə müzakirə olunub.

"Azerspace" milli peykinin yerləşdirilməsi üçün ITU (International Telecommunication Union) tərəfindən 43.2, 58.5 və 96 dərəcə şərqi uzunluqda mövqelər ayrılıb. İTU peykləri yuxarıda sadalanan mövqelərdə yerləşəcək ölkələrin siyahısını Azərbaycana təqdim edib. Ən çox prioritet 43.2 və 58.5 dərəcə şərqi uzunluqda mövqelər üzrə məsələnin razılaşdırılmasıdır. Koordinasiyada əsas məqsəd gələcəkdə abonentlərdə problemlərin yaranmaması üçün məsələlərin vaxtında həll olunmasıdır.

Xəbər lenti

Xəbər lenti