...

Əli Abbasov Azərbaycanın təşəbbüskarlığı altında "Şərq-Qərb" layihəsinin həyata keçirilməsi üzrə RSS-in rəhbərliyinə təqdimat mərasimi keçirib

Telekommunikasiya Materials 12 May 2010 15:08 (UTC +04:00)
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın təşəbbüskarlığı altında "Şərq-Qərb" transmilli supermagistralının çəkilməsi layihəsinin həyata keçirilməsi üzrə RSS-in rəhbərliyinə təqdimat mərasimi keçirib.

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın təşəbbüskarlığı altında "Şərq-Qərb" transmilli supermagistralının çəkilməsi layihəsinin həyata keçirilməsi üzrə RSS-in rəhbərliyinə təqdimat mərasimi keçirib.

"Şərq-Qərb" layihəsi RSS-in Rəhbərlər Şurasının mayın 8-də Moskvada keçirilmiş 42-ci iclası çərçivəsində təqdim olunub.

İdarənin rəhbəri iclas iştirakçılarını BMT Baş Assambleyasının qəbul etdiyi "yüksəksürətli transavroasiya informasiya magistralının çəkilməsi sayəsində internetə çıxışın genişləndirilməsi" haqqında qətnamə ilə tanış edib və bütün ölkələrə göstərdikləri dəstəyə görə öz minnətdarlığını bildirib.

Qətnamənin qəbul olunmasından sonra, bir çox ölkələrin bu layihəyə marağı yarandı və bununla bağlı ölkələr maliyyə dəstəyi göstərməyə hazır olduqlarını bildirdilər. BMT-nin bu qətnaməsi ümumilikdə 20 ölkəni birləşdirməyi və regionun inkişafı üçün mühüm rol oynamağı qarşısına məqsəd qoyub. Layihənin gerçəkləşdirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə aid olan ölkələr arasında "ziddiyyətləri" aradan qaldırmağa kömək edəcək.

Abbasovun sözlərinə görə, region ölkələrinin siyasi qətnaməsinə əsasən, Azərbaycanın təşəbbüskarlığı sayəsində bu layihənin həyata keçirilməsi üçün lazımi tədbirlər görülməsi tövsiyə edilib.

Bu gün Azərbaycanla Türkmənistan arasında optik-lif magistralının Xəzər seqmentinin çəkilişi məsələsi üzrə müəyyən razılıqlar əldə olunub. İki ölkənin müvafiq orqanlarına tapşırıqlar verilib və layihə dövlətlərarası komissiyanın protokoluna təqdim olunub. Azərbaycanla Türkmənistan arasında optik-lif magistralının Xəzər seqmentinin çəkilişi marşrutu qısaltmaq, Qırğızıstana, Çinə birbaşa çıxış əldə etmək üçün daha əlverişli hesab edilir.

Xəbər lenti

Xəbər lenti