...

Tbilisidə kibercinayətkarlıq üzrə regional seminar keçiriləcək

Telekommunikasiya Materials 12 May 2010 21:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 may /Trend, müxbir N.Kirsxaliya/

Kibercinayətkarlıqla mübarizəyə dair Avropa İttifaqı və Avropa Şurasının müştərək layihəsi çərçivəsində Tbilisidə mayın 13-də regional seminar keçiriləcək. Seminarda bir sıra dövlətlərin nümayəndələri, xarici ekspertlər, özəl sektorun təmsilçiləri iştirak edəcək.

Kibercinayətkarlıq və onunla mübarizə metodlarına dair fikir mübadiləsi aparılacaq.

Seminarda Azərbaycan, Estoniya, Gürcüstan, Moldova, İtaliya, Niderland, Norveç, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Ermənistan və Böyük Britaniya, həmçinin İnterpolun nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti