...

Azərbaycan bankı ARDNŞ-nin yeni yanacaqdoldurma məntəqələrində GSM POS-terminalları quraşdırıb

Telekommunikasiya Materials 15 May 2010 14:42 (UTC +04:00)

Аzərbaycan, Bakı, 15 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxaq Bankı ARDNŞ-nin açdığı üç yeni yanacaqdoldurma məntəqəsində altı GSM POS-terminalları quraşdırıb. Bu barədə AzəriCard prosessinq mərkəzinin biznesin inkişafı üzrə rəhbəri Cahangir Məmmədov Trend-ə bildirib.

Məmmədovun sözlərinə görə, mobil terminallar istənilən yerdə plastik kartlar xidmətinin göstərilməsinə imkan verir.

Plastik kartların nağd olmayan hesab forması xidmətlər və malların ödənilməsi üçün sərf olunan vaxtı azaltmağa imkan verir və pul vəsaitlərinin ölkənin dövlət büdcəsinə operativ və zəmanətli şəkildə gəlməsini təmin edir.

Proqramlaşdırılmış məxfilik modulu terminalı idarəetmənin istənilən təhlükəsizlik sxeminə uyğunlaşdırmağa imkan verir. Ticarət obyektləri ödənişləri plastik kartlarla həyata keçirən məntəqələrin sayını maksimal dərəcədə artıra bilərlər.

Terminal bütün lazımi quraşdırma mexanizmlərinə malikdir və burada əlavə avadanlıqlar və ehtiyat bazasına ehtiyac yoxdur. Xarici antena terminala GSM siqnalının aşağı səviyyəli şərtlərində tranzaksiyanı sabit şəkildə ötürməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti