...

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dövlət informasiya resurslarının reyestr operatoru vəzifəsi həvalə edilib

Telekommunikasiya Materials 19 May 2010 15:14 (UTC +04:00)

Аzərbaycan, Bakı, 19 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dövlət informasiya resurslarının reyestr operatoru vəzifəsi həvalə edilib, - nazirlikdən verilən məlumatda belə deyilir.

Nazirlikdən verilən məlumata görə, bu qərar dövlət informasiya resurslarının reyestrinin aparılması haqqında Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qanuna əsasən verilib.

Qanun dövlət informasiya vasitələri reyestrinin təşkili, aparılması, istifadəsi və qorunması barədə normativ və təşkilati bazanı müəyyənləşdirir.

Qanuna əsasən, nazirliyə həvalə olunub:

- reyestr fəaliyyətinin təşkili;

- metodiki, informasiya-dil, eləcə də proqram-texniki dəstəyin təminatı;

- reyestrə daxil olan informasiya resurslarının sənədli arxivinin saxlanılması;

- reyestrə daxil olan informasiya resursları haqqında statistik və analitik məlumatların hazırlanması;

- reyestrin internet-portalının yaradılması və aktuallaşdırılması;

- reyestrin informasiya təhlükəsizliyi və davamlı fəaliyyətinin təmin edilməsi.

Xəbər lenti

Xəbər lenti