...

Microsoft Azerbaijan öz məhsullarının Azərbaycan dilinə lokallaşdırılması üçün xarici podratçı seçib

Telekommunikasiya Materials 19 May 2010 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir H.Vəliyev/

Microsoft Windows 7-nin əməliyyat sisteminin lokallaşdırılması və Microsoft office 2010-un ofis tətbiqi üzrə işlərin başa çatması ilin sonunda gözlənilir. Bu barədə çərşənbə günü Microsoft Azerbaijan nümayəndəliyinin rəhbəri Teymur Axundov məlumat verib.

Axundovun sözlərinə görə, əməliyyat sisteminin və ofis paketinin lokallaşdırılması üzrə işlər onun adını qeyd etmədiyi xarici şirkət tərəfindən həyat keçirilir.

Hazırda Microsoft-un Azərbaycan dilində lokallaşdırılmış məhsulları Windows XP və Windows Vista əməliyyat sistemləri və Microsoft Office 2003, Microsoft Office 2007 ofis paketləridir.

Windows XP və Microsoft Office 2003 proqram məhsullarının ilk lokallaşdırılması AZEL şirkəti, Windows Vista və Microsoft Office 2007 məhsullarının Azərbaycan dilinə tərcüməsi üzrə işlər isə Sinam şirkəti tərəfindən həyata keçirilib.

Sistemin lokallaşdırılmasında MUI-faylların Azərbaycan dilində işlənib hazırlanması nəzərdə tutulub.

İnterfeys əməliyyat sisteminin lokallaşdırma faylları (MUI-fayl) /Windows/System32 qovluğunda yerləşir.

"Microsoft Windows 7 əməliyyat sistemi və Microsoft Office 2010 ofis paketinin Azərbaycan dilinə tərcüməsini lokallaşdırma işində böyük təcrübəyə malik olan xarici şirkət həyata keçirir. Layihə tamamilə yeni quraşdırma paketlərinin hazırlanması işlərini planlaşdırır. Məhsulların adları əvvəlki versiya ilə üst-üstə düşür. Bununla bağlı hazırkı baza genişlənib və çoxlu yeni terminlərdən ibarətdir. Bu sahədə işlərin başa çatdırılması cari ilin sonunda gözlənilir", - Axundov deyib.

Xəbər lenti

Xəbər lenti