...

Azerfon-Vodafone növbəti sərginin keçirilməsinə köməklik göstərib

Telekommunikasiya Materials 19 May 2010 19:57 (UTC +04:00)
2010-cu il mayın 19-dan 21-dək Bakıda WorldFood Azerbaijan adlı 16-cı Azərbaycan Beynəlxalq yeyinti sənayesi sərgisi keçirilir. Tədbirin rəsmi telekommunikasiya tərəfdaşı Azerfon-Vodafone-dur.
Azerfon-Vodafone növbəti sərginin keçirilməsinə köməklik göstərib

Azərbaycan, Bakı, 19 may /Trend/

2010-cu il mayın 19-dan 21-dək Bakıda WorldFood Azerbaijan adlı 16-cı Azərbaycan Beynəlxalq yeyinti sənayesi sərgisi keçirilir. Tədbirin rəsmi telekommunikasiya tərəfdaşı Azerfon-Vodafone-dur.

Yeyinti sənayesi sahəsində olan yeniliklərlə bərabər, sərgi tamaşaçılarına 3G texnologiyaları əsasında müxtəlif servis və xidmətlər təqdim olunacaq.

Azerfon-Vodafone həmçinin AITF (Səyahətlər və Turizm), CASPIAN OIL & GAS (Neft-qaz sərgisi), BAKUTEL və başqa sərgilərin rəsmi telekommunikasiya tərəfdaşıdır. Bütün sərgilərdə Azerfon-Vodafone 3G texnologiyası bazasında texniki servis və xidmətlər təqdim edəcək.

WorldFood Azerbaijan adlı 16-cı Azərbaycan Beynəlxalq yeyinti sənayesi sərgisində Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan, İran, BƏƏ, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və bir sıra digər ölkələrdən olan 70-dən çox şirkət iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti