...

Bakcell yeni "46 günə Mercedes-Benz qazan" SMS kampaniyasına başlayıb

Telekommunikasiya Materials 20 May 2010 19:28 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti "46 günə Mercedes-Benz qazan" adlı yeni SMS-kampaniyasına start verir.
Bakcell yeni "46 günə Mercedes-Benz qazan" SMS kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti "46 günə Mercedes-Benz qazan" adlı yeni SMS-kampaniyasına start verir. Mayın 20-dən iyulun 4-dək davam edəcək intellektual SMS-müsabiqədə hər gün ən çox suala düzgün cavab verən və çox xal toplayan Bakcell abunəçiləri "Nokia 5530 Xpress Music" mobil telefonu və ya "Toshiba Satellite L500 noutbuku" qazanacaqlar. Hər həftənin ən yaxşı iştirakçısı isə 3000 manat qazana biləcək. Ən əsası, ən çox xal toplayan abunəçilər "Mercedes-Benz C-200 Compressor" maşını qazanmaq imkanı əldə edəcəklər.

Müsabiqəyə qoşulmaq üçün 777 qısa nömrəsinə SMS göndərmək kifayətdir. Klass və Gold abunəçiləri üçün hər SMS-in qiyməti 0,49 AZN (ƏDV daxil olmamaq şərtilə), Cin abunəçiləri üçün isə 300 konturdur.

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycan regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

"46 günə Mercedes-Benz qazan" SMS kampaniyası, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti