...

Azərbaycanın milli poçt operatoru maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya alıb

Telekommunikasiya Materials 5 İyul 2010 13:09 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı tərəfindən "Azərpoçt" MMC-yə maliyyə xidmətləri göstərilməsi üçün milli poçt rabitəsi operatoruna lisenziya verilib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycanın milli poçt operatoru maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya alıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı tərəfindən "Azərpoçt" MMC-yə maliyyə xidmətləri göstərilməsi üçün milli poçt rabitəsi operatoruna lisenziya verilib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Lisenziyanın verilməsi ilə əlaqədar fəaliyyətə dair tənzimləmə qaydaları hazırlanıb və həmçinin, "Azərpoçt" MMC-nin yeni nizamnaməsi qəbul edilib.

Məlumatda qeyd olunub ki, Mərkəzi Bank tərəfindən "Azərpoçt" MMC ilə yanaşı, onun Bakı filialları və onların bəzi şöbələrinə də maliyyə xidmətlərinin göstərilməsi üçün xüsusi icazələr verilib və hazırda təşkilati-texniki baxımdan tələblərə cavab verən poçt filial və şöbələrinin mərhələli şəkildə lisenziyalaşdırılma prosesi həyata keçirilməkdədir.

Maliyyə xidmətlərinin göstərilməsi üzrə lisenziya milli poçt operatoruna "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə Dövlət Proqramı" çərçivəsində verilib. Onun həyata keçirilməsi 14 oktyabr 2005-ci il tarixindən etibarən icra olunacaq.

Proqram çərçivəsində "Azərpoçt" MMC-nin bütün əməliyyat və xidmətlərinin avtomatlaşdırılmasını nəzərdə tutan Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqi də uğurla həyata keçirilib.

Milli ödəniş sisteminin inkişafının dəstəklənməsi üzrə Dövlət Proqramı "Azərpoçt" MMC-nin mövcud bazasından istifadə etməklə, əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilərək, 1 200 poçt şöbəsi vasitəsilə müştərilərə genişhəcmli xidmətlər təklif etmək imkanı yaradıb.

Xəbər lenti

Xəbər lenti