...

"Ultra" şirkəti Azərbaycan Maliyyə Nazirliyində elektron sənəd dövriyyəsinin yaradılması üzrə tenderin qalibi olub

Telekommunikasiya Materials 6 İyul 2010 19:59 (UTC +04:00)
Azərbaycanın İT şirkəti "Ultra" tenderin qalibi olub və Microsoft platforması əsasında Azərbaycan Maliyyə Nazirliyinin Megapolis.DocNet daxili elektron sənəd dövriyyəsinin yaradılması üzrə layihənin həyata keçirilməsinə başlayıb.
"Ultra" şirkəti Azərbaycan Maliyyə Nazirliyində elektron sənəd dövriyyəsinin yaradılması üzrə tenderin qalibi olub

Аzərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycanın İT şirkəti "Ultra" tenderin qalibi olub və Microsoft platforması əsasında Azərbaycan Maliyyə Nazirliyinin Megapolis.DocNet daxili elektron sənəd dövriyyəsinin yaradılması üzrə layihənin həyata keçirilməsinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.

Bundan əvvəl isə şirkət tərəfindən analoji sistemlər Heydər Əliyev Fondu və İqtisadi İnkişaf Nazirliyində həyata keçirilib.

Sistem elektron sənədləşmə formasının yaradılması, onların marşrutlaşdırılmasının öyrənilməsi, icra üzərində nəzarət, sənəd dövriyyəsi hesabatı ilə bağlı bütün hesabat formalarının tərkibi və aparılması da daxil olmaqla, idarəetmənin avtomatlaşdırılması və sistemləşdirilməsi məqsədilə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti