...

Azerfon-Vodafone Futbol üzrə Dünya Çempionatı SMS-viktorinasının qaliblərini elan etdi

Telekommunikasiya Materials 8 İyul 2010 13:08 (UTC +04:00)
07 iyul 2010-cu il tarixində “Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı” viktorinası qaliblərinin təqdimetmə mərasimi keçirildi. Mərasimdə finala bilet qazanmış və ¼ finaldan artıq qayıtmış viktorina qalibləri iştirak etdilər.
Azerfon-Vodafone Futbol üzrə Dünya Çempionatı SMS-viktorinasının qaliblərini elan etdi

Аzərbaycan, Bakı, 8 iyul /Trend/

07 iyul 2010-cu il tarixində "Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı" viktorinası qaliblərinin təqdimetmə mərasimi keçirildi. Mərasimdə finala bilet qazanmış və ¼ finaldan artıq qayıtmış viktorina qalibləri iştirak etdilər.

Mərasim zamanı, Azerfon MMC-nin Korporativ Əlaqələr departamentinin müdiri Elşad Fərzəliyev çıxış edərək qeyd etdi ki, Azerfon-Vodafone ən yeni mobil operator olmasına baxmayaraq, sayı gündən günə artan abunəçilərinə 3G kimi qabaqcıl texnologiyaya əsaslanan xidmətlər təqdim edir. "Biz çalışırıq ki, abunəçilərimiz xidmət və imkanların ən yaxşısına sahib olsunlar. Abunəçilərimizə Futbol üzrə Dünya Çempionatında iştirak etmək şansı verdiyimiz üçün məmnunuq", - deyə E. Fərzəliyev bildirdi. Azerfon-Vodafone adından Brendin Tanıtdırılması və Marketinq Ünsiyyət Vasitələri üzrə Menecer Nigar Arpadarai layihə barədə geniş məlumat verərək qeyd etdi ki, Azerfon-Vodafone viktorinasında iştirak edən 077 və 070 abunəçiləri yay mövsümündə Cənubi Afrikada keçirilən Futbol üzrə Dünya Çempionatına səyahət etmək üçün 12.05.2010-cu il tarixindən 04.07.2010-cu il tarixinədək 7777 nömrəsinə SMS göndərərək, viktorinanın qalibi olmuş və ecazkar səfər paketi qazanmışdırlar.

Qeyd olundu ki, Azerfon-Vodafone Dünya Çempionatı viktorinasının gündəlik və həftəlik qalibləri olan abunəçilər müxtəlif hədiyyələr qazanaraq, 3G Netbook, 3G mobil telefon və 3G VMC modem + Azerfon-Vodafone nömrələri + 1 GB həcmində İnternet-trafik sahibi olmuşdurlar.

Daha sonra, Azerfon-Vodafone nümayəndələri qalibləri təbrik edərək onlara hədiyyələr təqdim etdilər.

"Azerfon-Vodafone Futbol üzrə Dünya Çempionatı" viktorinası qaliblərinin siyahısı ilə tanış olmaq və layihə haqqında daha ətraflı məlumat üçün www.azerfon-vodafone.com saytına müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti