...

Naxçıvan Muxtar Respublikasında mobil rabitənin nüfuzetmə səviyyəsi 88 faizə çatıb

Telekommunikasiya Materials 12 İyul 2010 14:34 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında informasiya xidməti və rabitə xidmətinin həcmi yanvar-may aylarında 13 554,4 min manat təşkil edib, - Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda deyilir.

Аzərbaycan, Bakı, 12 iyul / Trend, müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasında informasiya xidməti və rabitə xidmətinin həcmi yanvar-may aylarında 13 554,4 min manat təşkil edib, - Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda deyilir.

İdarədən verilən məlumata görə, iyunun 1-nə olan nəticələrə görə, NMR-də mobil rabitə abonentlərinin sayı 355 mini ötüb. NMR-də mobil rabitənin nüfuzetmə səviyyəsi 88 faizə çatıb. İdarənin statistik məlumatlarına əsasən, hər 100 nəfərə 88,2 aktiv mobil telefonlar düşür. Muxtar respublika ərazisində 4 mobil rabitə operatoru fəaliyyət göstərir (3 GSM operatoru və CDMA standart rabitə operatoru).

NMR-də stasionar telefon aparatlarının sayı 58 669 ədəd təşkil edir və hazırda hər 100 ailəyə 64 telefon aparatı düşür. Nazirlik tərəfindən 95 ATS elektronlaşdırılıb.

2006-cı ilin yanvar ayından 2010-cu ilin iyununa qədər ev istifadəçiləri tərəfindən istifadə olunan şəxsi kompüterlərin sayı 2,7 dəfə artaraq, 44,7 min ədəd təşkil edib. Hazırda NMR-də şəxsi kompüter istifadəçilərinin sayı 205 min təşkil edir. Statistik məlumatlara görə, internet istifadəçilərinin sayı isə 147 mini ötüb. NMR-də mobil-internet nüfuzetmə səviyyəsi 80 faizə çatıb.

Xəbər lenti

Xəbər lenti