...

Azərbaycan dövlət rabitə operatoru taksofonların sayını artırır

Telekommunikasiya Materials 14 İyul 2010 16:13 (UTC +04:00)

Аzərbaycan, Bakı, 14 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Bakı Telefon Rabitəsi İstehsalat Birliyi şəbəkəsində 1300-dən çox taksofon quraşdırılıb. Bu barədə çərşənbə günü Trend-ə Bakı Telefon Rabitəsi İB-dən verilən məlumatda deyilir.

Operatorun planlarına uyğun olaraq ilin sonuna qədər şəbəkədə taksofonların sayının 1700-ə çatdırılacağı planlaşdırılır.

İstehsalat Birliyinin əsas vəzifələrindən biri taksofonların göstərilən xidmətlərin keyfiyyət və geniş spektrini təmin edən əlverişli telefon rabitəsi vasitəsi kimi statusunu dəstəkləməkdir.

2009-cu ilin yekunlarına görə, operator tərəfindən 110 yeni kart taksofon aparatları istismara verilib.

Taksofonlardan istifadə ilə telefon rabitəsi xidməti yerli, şəhərlərarası və beynəlxalq zənglərə imkan yaradır. Taksofonlarla yerli, şəhərlərarası və beynəlxalq danışıq xidməti dəmir pullar və operatorun çip-kartları vasitəsilə həyata keçirilir.

Operator şəbəkəsində istifadə olunan aparatlar hava şəraiti və temperatur dəyişikliyinə davamlıdır.

Xəbər lenti

Xəbər lenti