...

Azərbaycan Səhiyyə Nazirliyi dərman preparatlarının keyfiyyəti üzərində elektron nəzarət sistemini tətbiq edib

Telekommunikasiya Materials 14 İyul 2010 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Səhiyyə Nazirliyi dərman preparatlarının keyfiyyəti üzərində elektron nəzarət sistemini tətbiq edib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli çərşənbə günü məlumat verib.

Onun sözlərinə görə, layihə dərman preparatlarının keyfiyyəti üzərində nəzarət elektron kartları vasitəsilə güzəştli xəstələrə dərmanların pulsuz verildiyi 24 aptekdə həyata keçirilir.

Layihə Türkiyənin səhiyyə sahəsində proqram təminatının işlənib hazırlanması ilə məşğul olan "Akgün Yazılım" şirkəti ilə birgə həyata keçirilir. Bu günədək "Akgün Yazılım"ın məlumat bazasının idarə edilməsi sistemi (MBİS) Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində tətbiq edilib. MBİS mərkəzin doqquz korpusunu birləşdirir. Məlumatların mübadiləsi üçün (ötürülmə və videokontentin alınması) real vaxt rejimində lif-optik rabitə xətlərindən istifadə olunur. Mərkəzdə elektron laboratoriya fəaliyyət göstərir, təcili yardım xidmətinin işinə isə qlobal mövqe təyinetmə sistemi (GPS) vasitəsilə nəzarət olunur.

Xəbər lenti

Xəbər lenti