...

Azərbaycanın dövlət rabitə operatoru paytaxt ATS-nin nömrə tutumlarının NGN texnologiyasına köçürülməsi üzrə işləri başa çatdırmaq üzrədir

Telekommunikasiya Materials 15 İyul 2010 16:35 (UTC +04:00)
İyul ayının sonunadək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 371 saylı АТS-in nömrə tutumlarının NGN texnologiyasına (Next Generation Network) köçürülməsi üzrə işləri başa çatdıracaq.
Azərbaycanın dövlət rabitə operatoru paytaxt ATS-nin nömrə tutumlarının NGN texnologiyasına köçürülməsi üzrə işləri başa çatdırmaq üzrədir

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir H.Vəliyev/

İyul ayının sonunadək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 371 saylı АТS-in nömrə tutumlarının NGN texnologiyasına (Next Generation Network) köçürülməsi üzrə işləri başa çatdıracaq. Bu barədə Trend-ə İB-dən bildiriblər.

Bu, operatora telefonların tam bloklaşdırılmasına imkan verəcək. Hazırda bu istiqmətdəki işlərin yarısı artıq görülüb. Nömrə tutumlarının köçürülməsi zamanı telefon rabitəsindən istifadədə qısamüddətli fasilələrin yaranması mümkündür.

ATS-in NGN şəbəkəsinə keçməsi operatora şəbəkənin nömrə tutumunu artırmağa imkan verir və hazırda ATS-dəki nömrələrin sayı 40 mini ötür.

АТС 371-də çoxzolaqlı portların sayı 6 min təşkil edir və tələbat artdıqca onların sayı da artırılacaq.

Şəbəkə Çinin ZTE şirkətinin avadanlığında quraşdırılıb.

NGN-in tətbiqi prioritet vəzifələrdən biridir. Onun köməyi ilə operator uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının saxlanılmasına nail olmaq niyyətindədir. Çevik kommutasiya sistemi və verilənlərin ötürmənin vahid şəklə salınmış texnologiyası avadanlığın geniş siyahı xidmətləri göstərməsinə və yeniləri əlavə etməsinə imkan yaradır. Bu, əhaliyə ənənəvi xidmət növləri ilə yanaşı, IP-telefoniya, genişzolaqlı internet, IP-TV və digər xidmətlərin göstərilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti