...

"İntel" şirkəti Azərbaycanda "Xalq kompüteri" layihəsində özünün iştirakının mümkünlüyünə baxmağa hazırdır - Yuliya Smelkova

Telekommunikasiya Materials 15 İyul 2010 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir H.Vəliyev/

"İntel" şirkəti Azərbaycanda "Xalq kompüteri" layihəsində özünün iştirakının mümkünlüyünə baxmağa hazırdır. Bu barədə Orta Asiya və Zaqafqaziyada "İntel"in satış üzrə direktoru Yuliya Smelkova Azərbaycanın texnika və texnologiyaları barədə "Infocity" jurnalına müsahibəsində bildirib.

Smelkovanın sözlərinə görə, bu, "İntel"in bazarının genişlənməsi üçün imkanlar açır.

"Biz postsovet məkanında təhsil proqramlarının reallaşdırılmasına kifayət qədər diqqət ayırırıq. Onların böyük gələcəyi var və bu sektor daim böyüyəcək. Azərbaycanda 2008-2012-ci illər təhsilin informasiyalaşdırılması Dövlət Proqramı çərçivəsində həyata keçirilən "Bir şagird-bir kompüter" layihəsində biz çox fəal iştirak edirik", - Smelkova deyib.

"İntel"in satış üzrə direktoru hesab edir ki, həyata keçirilməsi illərlə davam edən belə layihələrin irəliləməsi böyük səy tələb edir. Şirkətin belə layihələrin uğurla həyata keçirilməsinə dair çoxlu nümunələri var. Təhsil nazirlikləri arasında niyyət memorandumları Azərbaycan, Özbəkistan və Gürcüstanda imzalanıb.

"Çox vaxt biz belə layihələri tək deyil, məsələn, "Microsoft" və "Cisco" ilə həyata keçiririk, çünki onlar bu istiqamətdə işləyirlər. Axı tək kompüter öz-özlüyündə heç nədir, şagirdlərdə maraq yarada biləcək kontent-lisenziyalı proqram təminatı və proqramın məlumatlarla doldurulması lazımdır", - Smelkova bildirib.

Onun sözlərinə görə, "İntel"də Orta Asiya və Zaqafqaziya regionu, müxtəlif iqtisadiyyata, milli üsluba, beynəlxalq birliyə interqasiya dərəcəsi üzrə çoxlu ölkələr təmsil olunur. Azərbaycan onların arasında elm, mədəniyyət və təhsildə zəngin ənənələrə malik ölkə kimi görkəmli yer tutur. Yaxın illərdə ölkədə yüksək texnologiyalara tələbat əhəmiyyətli dərəcədə artacaq.

Xəbər lenti

Xəbər lenti