...

Azərbaycanın metallurgiya sənayesinin istehsal həcmi 39,4 faiz artıb

Telekommunikasiya Materials 15 İyul 2010 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir H.Vəliyev/

Yanvar-iyun ayları ərzində Azərbaycanın metallurgiya sənayesi və hazır metallar istehsalatı tərəfindən 83,1 milyon manat məbləğində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bu dövrdə hazır metal məhsulu 53,1 milyon manat məbləğində istehsal edilib ki, bu da ötən ilə nisbətdə bir faiz çoxdur.

Ötən dövr ərzində 65,4 min ton tökmə polad istehsal edilib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 2,5 dəfə çoxdur.

Armatur istehsalının həcmi 72,2 min ton olub ki, bu da ötən ilin yanvar-iyunundan 46,1 faiz çoxdur.

Tökmə çuqun istehsalı 730,9 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 18,1 faiz azdır.

Qara metallardan hazırlanan naqil və kanatların istehsal həcmi 435,2 ton təşkil edib ki, bu da ötən ilin yanvar-iyunundan 3,7 dəfə çoxdur.

Polad boru 16,1 min ton həcmində istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 9,5 dəfə çoxdur.

Qara metallardan hazırlanan yarımfabrikatların istehsal həcmi beş ayın yekunlarına əsasən, 54,8 min ton təşkil edib (23,4 milyon dollar məbləğində) ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 15 dəfə çoxdur (pula çevirdikdə təxminən 17 dəfə).

Qara metallardan hazırlanan günyə və şvellerlərin həcmi yanvar-mayda 17,8 min ton olub (8,3 milyon dollar məbləğində) ki, bu da 2009-cu ilin müvafiq dövr göstəricisindən 36,3 faiz çoxdur (məbləğdə 35,7 faiz çoxdur).

Yanvar-mayda qara metallardan hazırlanan boruların ixracı 14,3 min tondan çox olub (12,3 milyon dollar məbləğdə) ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən yeddi dəfədən çoxdur.

Xəbər lenti

Xəbər lenti