...

"Symantec" Azərbaycanın telekommunikasiya operatorunun şəbəkəsində informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası üzrə işləri başa çatdırıb

Telekommunikasiya Materials 15 İyul 2010 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir H.Vəliyev/

"Symantec" şirkəti Azərbaycanın telekommunikasiya operatorunun şəbəkəsində informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası üzrə işləri başa çatdırıb. Bu barədə Trend-ə cümə axşamı "Symantec" şirkətinin Qazaxıstan, Mərkəzi Asiya və Cənubi Qafqazda satış üzrə direktoru Aleksandr Yakunin bildirib.

Operatorun şəbəkəsində informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası üzrə işlər mürəkkəb biznes-qərarların tətbiqi üzrə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Yaranan zərurətlə əlaqədar olaraq, layihə operatorun texniki infrastrukturunun müəyyən hissələrinin daha etibarlı qorunması üçün əlavə məhsullar tətbiq edilməklə genişləndirilib.

Yakuninin əvvəllər dediyinə görə, "Symantec" şirkətinin tətbiq etdiyi sistem daha mühüm biznes-əlavələrə yönələn təhlükəsizlik təhdidlərini aşkar edir, onların prioritetlərini analiz edərək aradan qaldıra bilir.

"Korporativ istifadəçilər üçün nəzərdə tutulan "ağır" qərarların irəliləməsi məsələsi bizim üçün xüsusi maraq doğurur. Bununla əlaqədar olaraq biz korporativ istifadəçilər üçün nəzərdə tutulan qərarları diqqətlə izləyirik və qərarın bilavasitə yerli inteqrator tərəfindən təmin edilməsinə çalışırıq. Xırda qərarlara gəldikdə, bu halda biz demək olar ki, gücsüzük və əksər bazarlar üçün xarakterik olan məlumatın oraya çıxma kanallarını izləyə bilmirik", - Yakunin qeyd edib.

Yakuninin sözlərinə görə, "Symantec" şirkətinin Azərbaycandakı biznesi daha çox korporativ bazara istiqamətlənib. Telekommunikasiya və maliyyə sektorları, eləcə də dövlət proqramları böyük maraq doğurur.

Xəbər lenti

Xəbər lenti