...

Göndərilən internet-trafikin sürətinə görə Azərbaycan böyük Avropa ölkələrini qabaqlayır

Telekommunikasiya Materials 16 İyul 2010 16:22 (UTC +04:00)
Göndərilən internet-trafikin sürətinə görə Azərbaycan Speedtest servisini yaradan "Ookla" şirkətinin Net Index reytinqində 59-cu yer tutur.

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir H.Vəliyev/

Göndərilən internet-trafikin sürətinə görə Azərbaycan Speedtest servisini yaradan "Ookla" şirkətinin Net Index reytinqində 59-cu yer tutur.

Nəticələr iyunun 15-dən iyulun 14-nə qədər keçirilən eksperimental tədqiqatlar əsasında alınıb. Testlərin aparılması üçün 59 160 unikal IP-ünvanlar seçilib.

Net Index reytinqinə əsasən, Azərbaycanda göndərilən trafikin orta sürəti 1,12 Mbit/s təşkil edir.

Azərbaycan göndərilən trafik reytinqinə görə Sinqapur (60-cı yer), Böyük Britaniya (70), İtaliya (76), İspaniya (87), İsrail (99) və s. ölkələri qabaqlayır.

Göndərilən internet-trafikin sürəti üzrə reytinqdə ilk üç ölkə Cənubi Koreya (19,32 Mbits), Litva (13,11) və Latviyadır (12,44).

Gələn trafik reytinqində Azərbaycan 81-ci yer tutur, burada istifadəçilər 2,82 Mbit/s sürətlə şəbəkəyə qoşulurlar. Bu göstərici ilə Azərbaycan Ermənistanı (86-cı yer) - 2,55 Mbit/s, Malayziyanı (101) - 2,12 Mbit/s, Meksikanı (103) - 2,06 Mbit/s, Özbəkistanı (124) - 1,51 Mbit/s, İranı (153) - 0,61 Mbit/s və digər ölkələri geridə qoyur.

İlk üçlüyə Cənubi Koreya (32,47 Mbit/s), Latviya (23,78 Mbit/s) və Aland adaları (22,01 Mbit/s) daxildir.

Xəbər lenti

Xəbər lenti