...

Azərbaycan Milli Kitabxanasının elektron fondu dünya elektron kitabxanasına inteqrasiya olunub

Telekommunikasiya Materials 17 İyul 2010 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir H.Vəliyev/

Mirzə Fətəli Axundov adına Milli Kitabxananın elektron fondu dünya elektron kitabxanasına (World Digital Library) tam inteqrasiya olunub. Bu barədə Trend-ə Milli Kitabxanadan bildiriblər.

Layihə çərçivəsində Milli Kitabxanada saxlanılan kitab, kart, plakat, marka və digər materiallar rəqəmsal formata keçirilib və internet şəbəkəsində yerləşdirilib.

Hazırda kitabxananın fəaliyyəti tam avtomatlaşdırılıb, qeydiyyat, uçot və kitab alışını tənzimləyən sistem, eləcə də kitabxananın binasına giriş-çıxış üzrə kartoçkalı uçot sistemi tətbiq olunub.

Əvvəllər kitabxananın direktoru Kərim Tahirovun dediyi kimi, qabaqcıl texnologiyaların tətbiqi ilə kitabxananın istənilən əməkdaşı gün ərzində 10-dək kitabı elektron şəklə sala bilər.

Bu günədək Milli Kitabxananın internet-resurslarının 240 min müntəzəm istifadəçisi var, elektron kataloqların potensial oxucularının sayı isə 120 mini ötür.

"Milli Kitabxananın modernləşdirilməsi onu dünyanın ən qabaqcıl kitabxanalarından biri etməyə imkan verəcək. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə kitabxanada təmir-bərpa işlərinin görülməsi üçün Avstriya, Almaniya və Ukrayna şirkətləri cəlb olunub. Kitabxananın bərpası növbəti iki il ərzində bütün zəruri işlərin görülməsini nəzərdə tutur", - Tahirov deyib.

Xəbər lenti

Xəbər lenti