...

Azərbaycanın Rabitə Nazirliyi elektron-rəqəmsal imzaların verilməsi üzrə mexanizm hazırlayır

Telekommunikasiya Materials 17 İyul 2010 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi elektron-rəqəmsal imzaların açarlarının verilməsi üzrə proseduru hazırlayır. Bu barədə Trend-ə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, rəqəmsal imza ödəniş əsasında veriləcək. Bununla əlaqədar nazirlik tərəfindən onun verilməsi üzrə mexanizm işlənir.

Nazir müavini qeyd edib ki, layihə çərçivəsində həyata keçirilən sınaq işləri başa çatmaq mərhələsindədir.

Əvvəllər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədovun dediyinə görə, elektron-rəqəmsal imzaların verilməsi proseduru dünya təcrübəsi öyrənildikdən sonra qəbul olunmuş beynəlxalq normalar əsasında həyata keçiriləcək. Onların verilməsi üzrə qiymət siyasətinə gəldikdə, o, bilavasitə nazirlik tərəfindən müəyyən ediləcək, lakin müxtəlif strukturların təklifləri əsasında formalaşacaq.

Layihəyə uyğun olaraq Azərbaycanda rəqəmsal imzaların verilməsinə üç mərkəzin cəlb olunması planlaşdırılıb. Onlardan ikisi dövlət və özəl sektora xidmət göstərəcək, digəri isə baş mərkəz olacaq.

Xəbər lenti

Xəbər lenti