...

Azərbaycanın Radiotezliklər İdarəsi tərəfindən qeydiyyatdan keçməmiş 995 ədəd radioelektron vasitə aşkar edilib

Telekommunikasiya Materials 20 İyul 2010 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən ilin birinci yarısında qeydiyyatdan keçməyən 995 ədəd radioelektron vasitə (REV) aşkar edilib. Bu barədə DRİ-nin məlumatında deyilir.

Ötən dövr ərzində DRİ 430 müəsisə və təşkilatda texniki baxış keçirib.

Aşkar edilən REV-in ümumi sayından 527 ədəd möhürlənib, 216-sı silinib, 127-si qeydiyyata alınıb, yerdə qalan 125 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 170 protokol yazılıb, müvafiq hüquqi tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti