...

Azərbaycanın İT şirkəti ölkənin maliyyə sektorunda Belarus şirkətinin inteqrasiya sisteminin tətbiqinə başlayıb

Telekommunikasiya Materials 21 İyul 2010 17:38 (UTC +04:00)

Аzərbaycan, Bakı, 21 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT şirkəti "Ultra" Belarusun "Sistemli Texnologiyalar" şirkəti ilə birlikdə Azərbaycanın maliyyə sektorunda birgə inteqrasiya həllərinin tətbiq edilməsini həyata keçirir. Bu barədə çərşənbə günü "Ultra" şirkətindən Trend-ə verilən məlumatda deyilir.

Bu gün Azərbaycanın bank proqramı təminatı bazarında əsas etibarilə böyük, çoxfiliallı bankların əsas biznes proseslərinin avtomatlaşdırılmasında tələbatları ödəyən modul prinsipi üzrə qurulmuş altsistemlərdən ibarət olan "ST.BANK.İT" bank inteqrasiya sistemi təbliğ olunur. Bu, "Elektron bank", "MutiChannel", "Pərakəndə biznes", "Nağd əməliyyatlar", "Korporativ biznes", "Xəzinə", "Kredit sənəd mübadiləsi", CRM və başqalarıdır.

Məhsullar təhlükəsizlik, yüksək buraxılış imkanları ilə fərqlənir.

"Ultra" şirkəti tərəfindən təklif olunan "Sistemli Texnologiyalar" proqram həlləri respublikanın fəaliyyətdə olan qanunvericiliyinə uyğundur və sistemin interfeysi bütünlüklə Azərbaycan dilində yerləşdirilib.

Bu günə sistem "Unibank" və "Express Bank"da tətbiq edilib. Bu sistemin "Bank Standard" və "Bank Respublika"da da tətbiq edilməsi üzrə işlər aparılır.

"Ultra" və "Sistemli Texnologiyalar" arasında əməkdaşlıq fevralın 9-da informasiya texnologiyaları üzrə I Azərbaycan-Belarus biznes forumu çərçivəsində imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti