...

Azərbaycanın dövlət rabitə operatoru Siyəzən TKQ-nin yenidən qurulması üzrə işləri başa çatdırıb

Telekommunikasiya Materials 21 İyul 2010 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Siyəzən telekommunikasiya qovşağının (TKQ) inzibati binasının tikintisini başa çatdırıb. Bu barədə çərşənbə günü nazirlikdən bildiriblər.

Nazirliyin məlumatına görə, operator tərəfindən Türkiyənin KAREL şirkətinin elektron ATS-i əsasında telefon şəbəkəsinin yenidən qurulması üzrə işlər görülüb.

Siyəzən telekommunikasiya qovşağının mərkəzi elektron ATS-nin nömrə tutumu dörd min ədəd təşkil edir. Bu günədək Siyəzən rayonunun ərazisi rabitə ilə tam əhatə olunub.

Operatorun mütəxəssisləri tərəfindən 15 kanallı 200 metrlik və ikikanallı 63 metrlik kabel-kanalizasiya qurğuları üzrə tikinti işləri aparılıb.

TKQ-nin ərazisində və yaxın yaşayış məntəqələrində cəlb edilən genişzolaqlı internet portalının sayı 168 ədəd təşkil edir ki, bunun da 96 portalı AzTelekomNet internet-provayderə, 48 portalı DATAPLUS-a, 24 portalı isə AzDATACOM-a məxsusdur.

Operatorun Siyəzən poçt rabitəsi filialının Azərbaycanın "Azərpoçt" MMC-nin AzDATACOM magistral şəbəkəsinə qoşulması üzrə işlər də başa çatıb.

Xəbər lenti

Xəbər lenti