...

Azərbaycanın rabitə operatoru respublika üzrə elektron ATS-lərin sayını artırır

Telekommunikasiya Materials 21 İyul 2010 18:49 (UTC +04:00)

Аzərbaycan, Bakı, 21 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Zaqatala telekommunikasiya qovşağının (TKQ) yenidən qurulması üzrə işləri başa çatdırıb. Bu barədə Trend-ə nazirlikdən bildiriblər.

Məlumata görə, bu günə S-12 operatorunun mərkəzi stansiyası 5008 nömrəni, 25 kənd elektron ATS-i 13040 nömrəni, iki peyk stansiyası isə 40 nömrəni əhatə edir.

Zaqatala telekommunikasiya qovşağı şəbəkəsində 19 688 abunəçiyə rabitə xidməti göstərən 29 ATS fəaliyyət göstərir.

Nazirliyin statistik məlumatlarına əsasən, hər 100 ailəyə 64 stasionar telefon düşür.

Telekommunikasiya qovşağı üzrə genişzolaqlı internet istifadəçilərinin sayı 372 abunəçi təşkil edir. Bu gün fiber-optik kabellər vasitəsilə mərkəzi ATS-ə operatorun 12 kənd telefon stansiyası qoşulub.

Xəbər lenti

Xəbər lenti