...

Azərbaycanda 27,5 min ədəd radioelektron avadanlıq qeydiyyata alınıb

Telekommunikasiya Materials 22 İyul 2010 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda qeydiyyata alınan radioelektron vasitələrin (REV) ümumi sayı 27,5 min ədəd təşkil edir. Bu barədə Rabitə və İnforfmasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin məlumatında deyilir.

İlin birinci yarısının yekunlarına görə, idarə tərəfindən 26 minə yaxın REV qeydiyyata alınıb.

DRİ-nin bazasında 297 müəssisə və təşkilat qeydiyyata alınıb. Onlardan 88-i dövlət, 183-ü kommersiya, 26-sı isə xarici müəssisə və təşkilatlardır.

İdarə radioelektron avadanlıqların qeydiyyatı və istismarı üzərində nəzarəti həyata keçirir.

Mülki istifadə üçün nəzərdə tutulmuş və müxtəlif tezlik resurslarında (0,3 vat tezlikdən 1 ghz-dək və gücü 0,03 vatdan çox - 1 ghz -dən yuxarı tezlikdə) fəaliyyət göstərən avadanlıqların istismarı nazirliklə razılaşdırılmalı, eləcə də DRİ-də qeydiyyata alınmalıdır. Radioelektron vasitələrdən istifadə qaydalarını pozan şəxslərə münasibətdə mövcud qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti