...

Bakıda internet-köşklərin quraşdırılmasına investisiyalar öz xərcini qısa müddətə ödəyə bilər – istehsalçı zavod

Telekommunikasiya Materials 24 İyul 2010 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Q.Vəliyev/

İnternet-köşklər şəbəkəsinin quraşdırılmasına şirkətlərin investisiyaları onların yerləşməsindən asılı olaraq, üç-səkkiz ay ərzində öz xərclərini ödəyə bilərlər. Bu barədə kompüter istehsalçısı "KÜR" zavodunun məlumatında deyilir.

Bu günədək "KÜR" tərəfindən Bakının ictimai yerlərində quraşdırılması planlaşdırılan internet-köşklərin ilkin partiyası hazırlanıb.

Bu qurğuların quraşdırılması üçün özünü iqtisadi cəhətdən doğruldan yerlər təhsil müəssisələri, biznes-mərkəzlər, vağzal və aeroportun gözləmə zalları və avtobus dayanacaqlarıdır. Terminallar əlavə gəliri onlarda reklam yerləşdirmək sayəsində gətirə bilər.

Əvvəllər Trend-ə "KÜR" MMC-nin direktoru Rizvan Osmanovun bildirdiyinə görə, internet-köşk müstəqil operator kimi fəaliyyət göstərməlidir və bununla əlaqədar hüquqi məsələlərin həll edilməsi zərurəti yaranır. İnternet-köşklərin quraşdırılma məsələsi Nazirlər Kabinetinə baxılmaq üçün verilib və müvafiq qaydalar müəyyənləşdirildikdən sonra, bu qurğular paytaxtın ictimai yerlərində quraşdırılacaq.

Hazırda internet-köşklər dövlət və özəl müəssisələr tərəfindən istifadə olunur. Muxtar qurğular

WiMAX texnologiyası üzrə 1 mbit/s sürətində yüksəksürətli internet şəbəkəsinə qoşulub.

Qurğular istifadəçiyə terminal vasitəsilə tapılan məlumatı çap etdirməyə imkan verən printerlərlə təchiz olunub. İnternet-köşklər 0,05, 0,1, 0,2 və 0,5 manat nominallı pulların qəbul edilməsi üçün qurğularla təchiz olunub.

İnternet-köşklərin işinin rahatlığı istifadəçi və internet şəbəkəsi arasında birləşdirici halqa olan internet-brauzerlə təmin edilir. Terminalda məlumatların daxil edilməsi internet-köşklərdə təhlükəsizliyi təmin etmək üçün sındırılmaya dözümlü klaviaturaların köməyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti