...

İlin sonunadək Azərbaycanın Əmək Nazirliyi elektron sənəd dövriyyəsi sisteminin tətbiqi üzrə işləri başa çatdıracaq

Telekommunikasiya Materials 26 İyul 2010 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir H.Vəliyev/

İlin sonunadək Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "EMC Documentum" platforması əsasında təşkilati-bölüşdürücü avtomatlaşdırılmış sənəd dövriyyəsi sisteminin tətbiqi üzrə işləri başa çatdıracaq. Bu barədə Trend-ə bazar ertəsi nazirlikdən bildiriblər.

Layihənin həyata keçirilməsi məktubların icrası üzrə daxili nəzarəti təmin etməyə imkan verəcək ki, bu da öz növbəsində əhaliyə göstərilən xidmətlərin keyfiyyətini xeyli yaxşılaşdırmağa şərait yaradacaq.

Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi üzrə inteqrasiya xidmətləri Rusiyanın "KORUS konsaltinq" şirkəti tərəfindən göstərilir.

Layihə çərçivəsində nazirliyin fəaliyyətinin sənədləşmə təminatının əsas biznes-prosesləri avtomatlaşdırılır. Hazırda layihənin birinci mərhələsi uğurla başa çatıb, sistemə olan tələblər dəqiqləşdirilib, sistemin tələblərə uyğun hazırlanması başlanılıb.

"KORUS konsaltinq"in tətbiq etdiyi təşkilati-bölüşdürücü avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemində müxtəlif nazirlik və idarələrdən, ictimai və beynəlxalq təşkilatlardan gələn və çıxan yazışmalardan başqa, xüsusi diqqət sistemə daxil olan vətəndaşların müraciətinə və bu müraciətlərin baxılmasına nəzarət edilməsinə yetiriləcək. Bundan başqa, əlillərin, qaçqınların, işsiz və iş axtaran vətəndaşların müraciətlərinə baxılması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti