...

Azərbaycan və Gürcüstan telekommunikasiya sahəsində əməkdaşlıq edəcəklər

Telekommunikasiya Materials 27 İyul 2010 10:42 (UTC +04:00)
Azərbaycan və Gürcüstan telekommunikasiya sahəsində əməkdaşlıq edəcəklər. Gürcüstan Baş nazirinin müşaviri Vaxtanq Lejavanın bildirdiyinə görə, yaxın vaxtlarda Gürcüstan və Azərbaycan "Qərb-Şərq" transmilli informasiya supermagistralının layihəsinin yaradılması üzərində işə başlayacaqlar.
Azərbaycan və Gürcüstan telekommunikasiya sahəsində əməkdaşlıq edəcəklər

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan və Gürcüstan telekommunikasiya sahəsində əməkdaşlıq edəcəklər. Gürcüstan Baş nazirinin müşaviri Vaxtanq Lejavanın bildirdiyinə görə, yaxın vaxtlarda Gürcüstan və Azərbaycan "Qərb-Şərq" transmilli informasiya supermagistralının layihəsinin yaradılması üzərində işə başlayacaqlar.

"Söhbət optik-volokon şəbəkəsinin Azərbaycan ərazisi vasitəsilə Qara dənizdən Xəzər dənizinədək salınmasından gedir", - Lejava jurnalistlərə bildirib.

Layihənin tərəflərə hansı məbləğə başa gələcəyi dəqiqləşdirilməyib, çünki layihənin son variantı hələ ki yoxdur.

Azərbaycanın "Qərb-Şərq" transmilli informasiya supermagistralının yaradılması üzrə təqdim etdiyi bəyanat, BMT-nin 66-cı plenar iclası çərçivəsində qəbul olunub. Təşkilat "informasiya kəsiyini", yoxsulluq səviyyəsinin azaldılmasını, iqtisadiyyatın rolunun yüksəldilməsini və regionun inkişafı üçün lokomativ rolu oynayacaq layihəni dəstəkləyib.

"Qərb-Şərq" layihəsi, ümumilikdə, 20 ölkəni birləşdirəcək və regionun inkiaşfı üçün mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasında "informasiya kəsiyi"ni aradan qaldırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti