...

Azərbaycan və Koreya İKT sahəsində əməkdaşlığın genişləndirilmə imkanlarını nəzərdən keçirirlər – nazir müavini

Telekommunikasiya Materials 28 İyul 2010 11:40 (UTC +04:00)
Azərbaycan və Koreya informasiya-kommunikasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirirlər. Bu barədə çərşənbə günü Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.
Azərbaycan və Koreya İKT sahəsində əməkdaşlığın genişləndirilmə imkanlarını nəzərdən keçirirlər – nazir müavini

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Q.Vəliyev/

Azərbaycan və Koreya informasiya-kommunikasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirirlər. Bu barədə çərşənbə günü Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavininin sözlərinə görə, İKT sahəsi ilə bağlı məsələlərə çərşənbə günü başlayan ikigünlük birgə seminar zamanı baxılacaq. Koreya tərəfdən nümayəndə heyətinə 22 müəssisə və şirkətin nümayəndələri daxildir.

Tərəflər təhsil, kadr hazırlığı, elmi nailiyyətlər və s. sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

"Koreyada İKT-nin inkişaf səviyyəsi kifayət qədər yüksək səviyyədədir və bu ölkədə yüksək texnologiyalar, demək olar, bütün sahələrdə tətbiq edilir. Bunlar mobil rabitə, elektron sənaye, elektron hökumət, poçt rabitəsi və s. sahələridir. Biz qısa müddət ərzində İKT-nin inkişafı üzrə belə yüksək göstəricilərə nail olan ölkənin təcrübəsinin öyrənilməsində maraqlıyıq", - Vəlizadə qeyd edib.

Nazir müavininin fikrincə, yüksək texnologiyalar sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi Azərbaycana İKT sahəsində konkret addımlar atmağa imkan verir və bu da Azərbaycanın gələcək inkişaf yollarını müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti