...

Astara rayonunda telekommunikasiya qovşağının elektronlaşdırılması səviyyəsi 82,7 faizə çatıb

Telekommunikasiya Materials 31 İyul 2010 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Astara telekommunikasiya qovşağının (TKQ) yenidən qurulması üzrə işləri başa çatdırıb. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumata görə, yenidənqurmadan sonra Astara TKQ üzrə operatorun nömrə tutumu üç min ədəddən çox artıb.

Astara rayonu üzrə elektron ATS-in xüsusi çəkisi 82,7 faiz təşkil edir.

Bu gün Astara TKQ-nin telefon şəbəkəsində 16 ATS fəaliyyət göstərir, onlardan yeddisi tam elektronlaşdırılıb. Rayonda yeddi ATS TAA (Trans-Asiya-Avropa) kabel magistralına birbaşa çıxışa malikdir.

Telekommunikasiya qovşağının montaj tutumu 8,5 mindən çox nömrədən ibarətdir ki, onlardan da 8,4 minə yaxını fəaldır.

Rayonun 42 yaşayış məntəqəsi peyk avadanlıqları vasitəsilə telefonlaşdırılıb.

TKQ üzrə internet şəbəkəsinə genişzolaqlı çıxış portlarının sayı 120 ədəddir.

Xəbər lenti

Xəbər lenti