...

Bakcell, Alcatel-Lucent və Junior Achievement Azərbaycan "Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramının yeni mərhələsinə başlayıblar

Telekommunikasiya Materials 1 Oktyabr 2010 19:11 (UTC +04:00)
2010-cu ilin sentyabrında Junior Achievement Azərbaycan təşkilatı Bakcell şirkətinin sponsorluğu və Alcatel-Lucent Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində "Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramının ikinci mərhələsinə başlayıb.
Bakcell, Alcatel-Lucent və Junior Achievement Azərbaycan "Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramının yeni mərhələsinə başlayıblar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

2010-cu ilin sentyabrında Junior Achievement Azərbaycan təşkilatı Bakcell şirkətinin sponsorluğu və Alcatel-Lucent Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində "Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramının ikinci mərhələsinə başlayıb.

İki il müddətini əhatə edəcək proqram çərçivəsində 90 ali məktəb tələbəsi işə hazırlıq və biznes etikası üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair silsilə təlimlərdə iştirak edəcək və əldə etdikləri bilikləri Bakcell və Alcatel-Lucent şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcəklər.

"Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramının yeni mərhələsi 2012-ci ilin avqust ayınadək davam edəcək. Tələbələr üçün nəzərdə tutulmuş fəaliyyətlərlə yanaşı, proqram çərçivəsində mobil telekommunikasiya şirkəti üçün xüsusu tərtib olunmuş işə hazırlıq və təcrübə proqramı hazırlanacaq.

Bakcell ilə Junior Achievement Azərbaycan təşkilatı əməkdaşlığa 2009-cu ildə başlayıb. Pilot proqram çərçivəsində 54 tələbə iştirak edib. Əməkdaşlıq nəticəsində ölkədə ilk dəfə olaraq mobil telekommunikasiya biznesinə dair təlim kursu hazırlanaraq Azərbaycan və ingilis dillərində dərc edilib.

Proqram barədə ətraflı məlumatı Bakcell Ltd. şirkətinin /www.bakcell.com/ və JA Azərbaycan təşkilatının /www.jaazerbaijan.org/ internet saytlarından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti