...

Azərbaycanın ilkin provayderi Rusiya operatorunun internet xidmətlərinin İraqa çatdırılmasına cəlb olunub

Telekommunikasiya Materials 5 Oktyabr 2010 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Q.Vəliyev/

Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkəti Rusiya operatorunun internet xidmətlərinin İraqa çatdırılmasına cəlb olunub. Bu barədə Rusiyanın "Rostelekom" ASC-nin məlumatında deyilir.

İnternet xidmətlər "Rostelekom" və İraqın "IQ Networks" şirkəti arasında imzalanan saziş əsasında göstəriləcək. Sazişə əsasən, operator "Rostelekom"un yerüstü rabitə infrastrukturundan tam istifadə etməklə internetdən istifadəyə xidmət göstərəcək.

Bu layihədə "Rostelekom"un tərəfdaşı İranın "Telecommunication Infrastructure Company" (TIC) şirkəti də çıxış edir. O, Rusiya və İraq arasında kanalın tranzit hissəsinin xidmətini göstərəcək. Bu marşrut İraq operatorları tərəfindən İnternet şəbəkəsinə qoşulmaq üçün ilk dəfə istifadə olunur və pilot qoşulma uğurla həyata keçəcəyi təqdirdə, "Rostelekom" yaxın gələcəkdə ötürülən internet trafikin həcmini xeyli artırmaq niyyətindədir.

Bundan əvvəl Trend-ə "Delta Telekom"un texniki direktoru Rahid Ələkbərlinin dediyi kimi, trafikin tranziti "Rostelekom" və İranın "TİC" şirkəti arasında beynəlxalq rəqəmsal kanalların icarəsi üzrə ikitərəfli xidmətlərin göstərilməsinə dair imzalanan sazişə əsasən həyata keçirilir.

Hazırda hər birinin buraxılış qabiliyyəti 10 giqabayt olan 8 magistral xətdən 1-i tam doldurulub və ikinci 10 giqabaytlıq xəttin qoşulması üzrə işlər aparılır.

"Rostelekom" və "Delta Telecom" arasında rabitə "DWDM" texnologiyası əsasında həyata keçirilir. Bu, Azərbaycan provayderinə yüksəkkeyfiyyətli tranzit xidmətləri göstərməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti