...

Azərbaycan və Meksika İKT sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

Telekommunikasiya Materials 13 Oktyabr 2010 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan və Meksika informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Bu barədə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rüfət Tağızadə deyib.

Tağızadənin sözlərinə görə, saziş Meksikada keçirilən və öz işini oktyabrın 22-də başa vuracaq Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU - International Telecommunication Union) səlahiyyətli konfransı çərçivəsində imzalanıb.

Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Hər iki ölkənin tarixi abidələrinə həsr edilən birgə buraxılmış poçt markalarının möhürlənməsi mərasimi də keçirilib. Markalarda Azərbaycan və Meksikanın milli bayraqları təsvir olunub və Azərbaycanın tarixi-monumental abidəsi "Atəşgah"ın və Teotiuakandakı tarixi Ay piramidasının təsvirləri çap edilib.

Xəbər lenti

Xəbər lenti