Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi elektron rəqəmsal imzaların verilməsi üçün normativ-hüquqi sənədlərin layihəsinin hazırlanması üzrə işləri başa çatdırıb. Bu barədə cümə günü Trend-ə nazirliyin elmi potensial və strateji planlaşdırma şöbəsinin direktoru İsfəndiyar Əliyev deyib.
Əliyevin sözlərinə görə, işləri tamamilə başa çatdırmaq ilin sonuna planlaşdırılır. Yekun sənəd baxılmaq üçün hökumətə təqdim olunacaq.
Elketron rəqəmsal imzaların tətbiqinə əsas məqsədi informasiya cəmiyyətinə keçidin təminatı, İKT tətbiqi ilə biliklərə əsaslanan rəqabət qabiliyyətli iqtisadiyyatın qurulması olan "2010-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı"nın növbəti mərhələsi çərçivəsində baxılacaq.
Layihə Azərbaycanın "Elektron imza və elektron sənəd haqqında" qanununa əsasən həyata keçirilir.
Azərbaycanda rəqəmsal imzaların verilməsi üzrə üç mərkəz fəaliyyət göstərəcək ki, onlardan ikisi dövlət və özəl strukturların xidmətlərini yerinə yetirəcək, biri isə baş mərkəz olacaq.
Test işləri də daxil olmaqla, elektron rəqəmsal imzaların açarlarının verilməsi mərkəzinin yaradılmasına orta hesabla üç milyon dollara yaxın vəsait tələb olunur.
Qəbul olunmuş beynəlxalq normalara əsasən, elektron rəqəmsal imzaların verilməsi ödənişli əsaslarla həyata keçiriləcək.