...

Azərbaycan və Avstriya İKT sahəsində əməkdaşlıq edəcəklər

Telekommunikasiya Materials 21 Oktyabr 2010 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan və Avstriya informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında ilkin qərar qəbul ediblər.

Məsələyə Bakıda keçirilən iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Avstriya hökumətlərarası komissiyasının altıncı iclasında baxılıb.

Azərbaycan tərəfdən komissiyanın həmsədri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən iqtisadiyyat, ailə və gənclər nazirinin müavini Yozef Mayerdir.

Tərəflər telekommunikasiya bazarının tənzimlənməsi, nanotexnologiyalar sahəsində təcrübə mübadiləsi, texnoparkların yaradılması, eləcə də Azərbaycan və Avstriya poçt operatorları arasında pul köçürmələrinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

İKT sahəsində əməkdaşlıq məsələləri üzrə tövsiyələr iclas baş çatandan sonra Abbasov və Mayer tərəfindən imzalanacaq protokolda qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti